• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mendeş Portuqaliya yığmasını “özəlləşdirib”?!

Dünya futbolu

2-10-2022, 17:0

Sentyabrın 27-də milli komandaların oyunları üçün nəzərdə tutulan həftə sona çatdı. Amma bu yazıda yığmaların son nəticələrinə nəzər salmayacağıq. Sadəcə, Portuqaliya ilə bağlı maraqlı məqama baxacağıq.

“Reddit” portalının forumuna qatılan istifadəçilərdən biri bu komandanın heyətini yaxşıca araşdırıb və bir o qədər gözlənilməz olmasa da, oyunçularla bağlı əyləncəli faktlar ortaya çıxarıb. Sən demə, Portuqaliya yığmasının əksər üzvlərinin menecerlik işlərini Jorje Mendeşə məxsus olan “GestiFute” agentliyi görür. Zarafat deyil, komandanın son oyunlarına çağrılan 26 futbolçudan 16-sı onun müştərisidi. Gəlin, onlarla tanış olaq.

* Yığmanın hər üç qapıçısı onunla əməkdaşlıq edir. Dieqo Koşta (Portu), Joze Sa (Vulverhempton) və Ruy Patrisionun (Roma) bu ilin son aylarında Qətərdə keçiriləcək dünya çempionatına yollanmaq şansı yüksəkdi. Qeyri-adi nəsə baş verməsə, əsas heyətdə “Roma”nın 33 yaşlı qapıçısı Patrisio çıxış edəcək.
* Müdafiə xəttində Mendeşin üç müştərisi var. Joao Kanselo ilə Ruben Diaş son illər “Mançester Siti” ilə əhəmiyyətli uğurlar qazanıblar. “Portu”nun şərəfini qoruyan 39 yaşlı Pepe isə 2007-ci ildən milli komandada 128 oyun keçirib və 7 qol vurub.
* Yarımmüdafiə xəttində çıxış edənlərdən 5-i transfer məsələlərinin həllini məşhur agentə həvalə edib. Onlar üç klubun formasını daşıyırlar: Danilo ilə Vitinyo PSJ-də, Ruben Neveşlə Mateuş Nuneş “Vulverhempton”da, Bernardo Silva isə “Mançester Siti”də oynayır.
* Hücumda, heç şübhəsiz, ilk növbədə Kriştiano Ronaldonun adını çəkməliyik. “Mançester Yunayted”in 37 yaşlı oyunçusu gənc yaşlarından Mendeşlə birgə işləyir. Ondan başqa Pedro Netu (Vulverhempton), Joao Feliş (Atletiko), Dieqo Jota (Liverpul) və Rafael Leao (Milan) da məşhur həmyerlisi ilə müqaviləyə malikdi.

Belə çıxır ki, 56 yaşlı Mendeş Portuqaliya yığmasını “özəlləşdirib”. Amma tam yox. Komandanın digər üzvlərinin hüquqlarını idarə edən və qorumağa çalışan firmaları da nəzərinizə çatdırırıq. Rafael Silva “Onsoccer”, Dieqo Dalot və Rikardo Orta “Proeleven”, Tyaqo Calo “Invictus Team”, Rafael Gerreyro “Wasserman”, Nunu Mendeşlə Bruno Fernandeş “MRP.Positionumber”, Joao Mario “P&P Sport Management”, Vilyam Karvalyo isə “Media Base Sport”un müştərisidi. Yarımmüdafiəçi Joao Palinyanın isə agenti yoxdu.

Amma Mendeşin bütün müştəriləri diqqətinizə çatdırdığımız siyahıya salınmayıb. Məsələ ondadı ki, baş məşqçi Fernando Santuş bəzi oyunçuları mundial ərəfəsindəki son toplanışa çağırmayıb. Onlardan Fabio Vieyra (Arsenal), Renato Sanşeş (PSJ), Andre Silva (Leyptsiq), Nelson Semedo, Qonsalo Gedeş, Daniel Podense (hamısı “Vulverhempton”), Fransişko Trinkao (Sportinq) və Rikardo Pereyra (Lester) da “GestiFute” agentliyinə bağlıdı. Bu oyunçuları da nəzərə alsaq, milli komandaya namizədlərdən 24-ü hüquqlarını Mendeşə həvalə edir.

Ortaya təbii sual çıxır: bəs baş məşqçi hansı firmaya güvənir? “Transfermarkt” saytı Santuşun agenti haqda heç bir informasiya vermir. Oktyabrın 10-da 68 yaşını tamamlayacaq mütəxəssis milli komandanı 2014-cü ildən çalışdırır. Ötən 8 ildə yığmanı AÇ-2016-da və Millətlər Liqasında qələbəyə daşıyan məşqçinin agentə ehtiyac duymamaq ehtimalı çoxdu.

Amma Mendeşin əməkdaşlıq etdiyi digər mütəxəssislərin siyahısı yetərincə genişdi. Onların hamısı portuqaliyalıdı: Joze Mourinyo (Roma), Serjio Konseysao (Portu), Nunu Eşpiritu Santu (Əl-İttihad), Bruno Laje (Vulverhempton) və 17 il Mourinyoya assistentlik etmiş Ruy Faria.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-06-2022, 22:0

"Roma" qapıçısı ilə yollarını ayırdı

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 94
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə