Millimiz AÇ-nin seçmə mərhələsində ilk oyuna çıxır

12.11.2025 14:01 10
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu qrupda Şimali İrlandiya və Malta komandaları da yarışır.

12 noyabr
17.30. Çexiya (U-19) - Azərbaycan (U-19)

Baş hakim: Oliver Reitala (Finlandiya)
“Centenary” stadionu, Ta Qali.