"Mingəçevir" maaş probleminə görə oyuna çıxmadı

4.11.2026 15:57 81
Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 1-ci liqasının 7-ci turunda bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” matçı baş tutmayıb.

"Football-plus.az" xəbər verir ki, qonaqlar meydana çıxsa da, meydan sahiblərinin futbolçuları oyunu boykot edib. Buna kollektivin uzun müddətdi ki, maaşlarını ala bilməməsi səbəb olub. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər. Nəticədə saat 15.00-da başlamalı olan qarşılaşma keçirilməyib.

“Mingəçevir”ə texniki məğlubiyyət verilməsi gözlənilir.