Komandası Nərimansız qələbə qazandı

5.09.2026 20:46 0
Dünya futbolu
Türkiyə superliqasında 4-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Nəriman Axundzadənin formasını geydiyi "Ərzurumspor" "Konyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Nəriman bu görüşdə meydana çıxmayıb, matçı ehtiyat oyunçular skamyasından izləyib.

"Ərzurumspor" 4 xalla 14-cü pillədə yer alıb.