Bəs, bu addımların konkret nə vaxt atılacağı dəqiqləşibmi? Proseslər hazırda hansı mərhələdədi?
Suallarımızı klubların mətbuat xidmətlərinin rəhbərlərinə ünvanladıq.
Rəşad Məmmədov (Səbail):
“Hələ ki bu yöndə yeni xəbər yoxdu. Çalışmalar davam edir. Təəssüf ki, prosesin nə vaxt başa çatacağını dəqiq deyə bilmirik”.
Günel Abbas (Xankəndi):
“Xankəndi şəhər stadionunda keçiriləcək ilk oyunun tarixi stadionun rəsmi açılışından sonra müəyyənləşəcək. Bununla bağlı ictimaiyyətə və mətbuata rəsmi açıqlama veriləcək. Klubumuz stadionda aparılan işlərlə müntəzəm maraqlanır. Klub nümayəndələri hər həftə stadionda olur, görülən işlərin gedişini yaxından izləyir və proseslə bağlı məlumat əldə edirlər. Hazırda işlər yekunlaşma mərhələsindədi. İşlərin oktyabrın sonunadək başa çatdırılması planlaşdırılır. “Xankəndi” noyabrda burda ilk ev oyununu keçirməyi hədəfləyir. Oyunun dəqiq tarixi stadionun rəsmi açılışından sonra açıqlanacaq”.
Xatırladaq ki, hazırda “Səbail” ev oyunlarını Binə qəsəbə stadionunda, “Xankəndi” isə Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirir.
KƏNAN BAHADIR






