“Qarabağ”ın futbolçuları Marko Yankoviç ilə Mateus Silvanın Misli premyer-liqasının 10-cu turunda “Qəbələ”nin meydanında keçirilən matçda (0:0) dalaşdığından xəbərdarsız.
Xatırlayırsızsa, oyunsonrası mətbuat konfransında iştirak edən Qurban Qurbanov hər iki futbolçunun cəzalandırılacağını açıqlamışdı. Bugünlərdə həm Yankoviçin, həm də Silvanın əsas komandadan uzaqlaşdırıldığı, hərəyə 20 min dollar cərimə edilmələri ilə bağlı xəbərlər tirajlanıb.
Bilginin səhih olub-olmadığını öyrənmək məqsədilə “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Həsənova müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında futbolçuların əsas komandadan uzaqlaşdırılması haqda yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi.
“Qarabağ” bu gün “Zəfər turu” çərçivəsində “Turan Tovuz”la qarşılaşacaq. “Azərsun Arena”da keçiriləcək qarşılaşma saat 18.00-da start götürəcək.
KƏNAN BAHADIR
Qurban Qurbanov Yankoviç ilə Silvanı heyətdən qovub? - RƏSMİ AÇIQLAMA
Ölkə futbolu / Manşet





