“Bu gün Gəncədən gələn azarkeş sayı həmişəkindən azı iki dəfə artıq olacaq” – “Xəmsə” meydan oxudu

6.11.2026 17:00 18
Ölkə futbolu / Manşet
Bu gün premyer-liqada 11-ci, yəni ilk dövrənin son turu start götürür. Turun oyunlarından birində əzəli rəqiblər - “Neftçi” ilə “Kəpəz” qarşılaşacaq. Saat 20.00-da “Palms Sports Arena”da “ağ-qaralar” Gəncə təmsilçisini qəbul edəcək.

Ev oyunlarına cəlb etdiyi azarkeş sayına başqa komandaları geridə qoyan “Kəpəz”i səfər matçında neçə azarkeş dəstəkləyəcək? Bu oyun xal qazanmaqdan əlavə hansı məna daşıyır?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Kəpəz”in əsas azarkeş qrupu olan “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovla əlaqə saxlayıb:

“Bu gün Gəncədən gələn azarkeş sayı həmişəkindən azı iki dəfə artıq olacaq. “Neftçi” ilə oyun həmişə xaldan çox prinsiplərə bağlı olub. Buna görə də son saniyəyədək gərgin mübarizə gözləyirik”.

İSRAYIL XEYRULLAYEV