"Football-plus.az" xəbər verir ki, bunu yığmamızın kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşımında bildirib. 34 yaşlı futbolçu yığma komandadakı karyerasını başa vurmasından danışıb. O, paylaşımında qərarını belə izah edib:
“Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşürəm: Azərbaycan milli komandasındakı karyeramı başa vururam. Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacam. O formanı geyib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi. Bu illər mənə unudulmaz anlar, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyim duyğular bəxş etdi. Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dəstəyini hiss etdiyim azarkeşlərimizədi. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Hər şey üçün təşəkkür edirəm.”





