• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tahir Süleymanov avstriyalıların işini yüksək qiymətləndirdi

Aktual / Avropa Liqası

9-10-2023, 13:0

Cümə axşamı günü "Qarabağ" Avropa Liqasının qrup oyununda “Həkken"in qonağı idi. Qarşılaşmanı Sebastyan Qishamerin rəhbərlik etdiyi avstriyalı hakimlər briqadası idarə edirdi.

"Football-plus.az" xəbər verir ki, meydan sahibləri "Qarabağ"ın fəallığını boğmaq üçün tez-tez sərt, kobud hərəkətlərə yol verirdi. Təbii ki, oyunda hakimin mübahisəyə açıq qərarları da var idi. Ədalət naminə onu deyək ki, 12-ci dəqiqədəki epizodda Romao sanki qaydanı cərimə meydançası daxilində pozmuşdu. 26-cı dəqiqədə Simon Qustafson Marko Yankoviçin ayağına zərbə etsə də, baş hakim əlini cibinə atmadı. 56-cı dəqiqədə Yasin Benzya sürətli hücuma çıxarkən rəqib futbolçu Hammar onu kobudluqla dayandırdı, ancaq referi rəsmi xəbərdarlığa ehtiyac duymadı. 60-cı dəqiqədə Riqaardın Yankoviçin üzünə zərbə endirməsinə rəğmən, hakim fit çalmadı. 86-cı dəqiqədə Mateus Silvaya qarşı analoji kobudluq da onun gözündən yayındı. Hakimlərin işini qiymətləndirmək üçün təcrübəli referi Tahir Suleymanova üz tutduq:

“13-ci dəqiqədəki epizodu hakim görürdü və dərhal reaksiya verərək qayda pozuntusunu qeydə aldı. Cərimə zərbəsi mübahisə doğurmasa da, qayda pozuntusunun xəttin üzərində, yoxsa xətdən içəridə olması şübhəli idi. Referi epizodun başlanğıcını əsas gətirərək verdiyi qərarın üzərində qayandı, məsuliyyəti boynuna götürdü. Eynilə Yankoviçin qırmızı yox, sarı vərəqə alması da isveçlilərdə narazılıq doğurub. Hakimlik adına belə anlar sarı və qırmızı arası vərəqə sayılır. Referi oyunun mahiyyətini, səviyyəsini nəzərə aldı, epizod şəksiz qırmızıya çəkmədiyinə görə vəziyyəti düzgün qiymətləndirdi və oyunun sonrakı axarını pozmadı. Burda ağdamlı futbolçuların rəqib oyunçular və baş hakim ilə düzgün dialoqu, ünsiyyətin qurulması da psixoloji cəhətdən müsbət rol oynayırdı. "Həkken"in baş məşqçisinin hakimlikdən narazılığının ciddi əsası yoxdu, "Qarabağ" ilk dəqiqələrdən dominant futbol sərgiləyərək haqq etdiyi qələbəni qazandı. "Qarabağ" ilk dəqiqələrdən meydanboyu pressinq tətbiq etdiyi üçün dinamik oyunla yanaşı, ikili mübarizələr çoxluq təşkil edirdi. Komandalar, rəqib futbolçular bir-birinə hörmətlə yanaşsa da, belə oyunlar referidən böyük diqqət tələb edir. Avstriyalı baş hakim oyunçulara sona qədər mübarizə aparmağa imkan verir, fitdən tez-tez yararlanmır, “üstünlük” prinsipindən çox yaxşı istifadə edirdi. Belə idarəçilik tərzi görüşün tempini qoruyur, daha da baxımlı edirdi. 27-ci dəqiqədə Zubirə qarşı açıq kobudluqdan sonra “üstünlük” prinsipindən yararlanan referi epizod bitəndən sonra isveçli futbolçunu bağışladı. Bundan dərhal sonra Yankoviçin dirsək zərbəsi haqlı olaraq sarı vərəqə ilə yekunlaşdı.

Fasilədən sonra oyunun sürəti daha da artdı, "Həkken" də "Qarabağ" kimi rəqib meydanında pressinqə keçdi. Referi ikili mübarizələri yaxşı sezir, demək olar ki, qərarlarda səhvə yol vermirdi. Baş hakimin köməkçiləri və VAR otağı ilə sinxron əlaqəsi də yerində idi. Silvanın üzünə əl hərəkəti zamanı susqunluğu isə referinin yerli komandanın və tribunaların könlünü almaq cəhdi kimi də dəyərləndirmək olar. İsveçli futbolçular hakimin psixoloji jestini dərk etmədiyi üçün dərhal da mübahisəyə görə qarşılarında sarı vərəqə gördülər. Baş hakimin ədalətli, obyektiv idarəçiliyi ilə "Qarabağ" birnəfəsə, əzmkar oyunla layiq olduğu qələbəni qazandı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-10-2023, 20:0

“Bavariya”ya dönüşü baş tutmadı

Dünya futbolu

3-10-2023, 20:0

Yenidən “Bavariya”da çıxış edəcək

Dünya futbolu

6-10-2023, 13:0

İki ildən sonra Münhenə qayıdır

Dünya futbolu

31-01-2023, 11:0

MS-dən “Bavariya”ya keçdi

Dünya futbolu

7-07-2023, 22:0

“Bavariya”dan ayrıldılar

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 178
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə