"Neftçi" "Sabah"ın önünə itki ilə çıxacaq

13.09.2025 19:10 15
Ölkə futbolu
"Neftçi" Misli premyer-liqasının 4-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığı yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

"Ağ-qaralar"ın oyunçusu İqor Ribeyro cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Xatırladaq ki, sabah “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19.00-da başlayacaq.