"Neftçi" premyer-liqada 1000-ci oyuna hazırdı

17.09.2026 17:54 9
Ölkə futbolu
“Neftçi” Misli premyer-liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını başa vurub.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. Komandanın üzvləri hazırlıq prosesindən sonra səfərə yola düşüblər.

Sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 17.30-da başlanacaq.