"Neftçi" "Kəpəz"lə oyunun hazırlığını başa vurdu

31.10.2025 20:54 9
Ölkə futbolu
“Neftçi” Misli premyer-liqasının 10-cu turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.

"Football-plus.az" xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Xatırladaq ki, noyabrın 1-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 17.00-da başlanacaq.