“Milan”ın sahibinin dəyişəcəyi haqda xəbər yayılıb. Ancaq İtaliya klubunun bu məlumata reaksiyası mənfi olub.
“Milan”ın sahibi Cerri Kardinale klubun satıla biləcəyi ilə bağlı yayılan xəbərlərə dərhal münasibət bildirib. ABŞ vətəndaşı olan biznesmen 2022-ci ilin iyununda səhmlərinin böyük hissəsini aldığı “Milan”la bağlı iddinı təkzib edib:
“Qəti şəkildə bildirmək istəyirəm ki, bu, tamamilə həqiqətəuyğun məlumat deyil. Mən uzun müddətdi ki, burdayam. Görməli olduğum işlər var. Klubu A seriyasının və Avropanın zirvəsinə qaytarmaq istəyirəm və bu hədəflərə çatana qədər dayanmayacağam. Stefano Pyoli haqqında bunu deyə bilərəm ki, müəyyən mərhələdə nəticələrdən narazı qalmağım mütləq məşqçini qovacağımız mənasına gəlmir. Stefanonun çətin vəziyyətdə heyəti kifayət qədər yenilənən komandada yaxşı işlər gördüyünü düşünürəm. Mövsümün sonuna hələ çox vaxt var. Hər şey ola bilər, görəcəyik. Məndən başlayaraq hər kəs daha yaxşı işləməlidi. Amma mən tezliklə bu klubdan ayrılmayacağam, uzun müddət burda olacağam. Heç kim məndən çox qalib gəlmək istəmir”.