• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” amerikalıların əlinə keçdi

Dünya futbolu

5-06-2022, 11:0

Son mövsümdə 11 illik fasilədən sonra İtaliya çempionluğunu qazanan “Milan”ın artıq yeni sahibləri var.

Xəbər verdiyimiz kimi, Amerikanın “RedBird Capital” investisiya şirkəti son illər ərzində klubun işləri ilə məşğul olan “Elliott Advisors” fondu ilə “rossonyeri”nin satışını razılaşdırıb. Artıq bu yöndə hansısa sual qalmayıb. Sövdələşmə məbləği 1,2 milyard avrodu. “Elliott” özündə minoritar səhm paketi saxlayacaq, bir də fond Direktorlar Şurasındakı yerini qoruyacaq.

Xatırladaq ki, “Elliott” “Milan”a 2018-ci ildən bəri nəzarət edirdi. Klubun əvvəlki sahibi, çinli biznesmen Yonhon Li fonddan götürdüyü istiqrazları qaytara bilmədiyinə və “qırmızı-qaralar”ı müflislik həddinə çatdırdığına görə idarəçilikdən uzaqlaşmalı olmuşdu. Əməliyyat itkiləri 560 milyon avro təşkil edirdi. Fondun idarəçiliyi dövründə qənaət rejimi işə salındı, “Milan” əlində olan pulla yaşamağa məcbur idi. Məhz bu üzdən Canluici Donnarumma, Hakan Çalxanoğlu və Frank Kessye ilə müqavilə müddətini uzatmaq alınmadı. Əvəzində maliyyə itkiləri get-gedə azalmağa başladı və “La Gazzetta dello Sport”un informasiyasına inansaq, 2020/21 mövsümündə cəmi 60 milyon avro təşkil etdi.

“Elliott”da onu da gizlətmirdilər ki, işləri qaydaya salandan sonra kluba yeni sahib tapacaqlarına ümid edirlər. Aprelin sonunda Bəhreynin nəhəng investisiya fondu “Investcorp”un kluba sahiblik edə biləcəyi ilə bağlı informasiyalar yayıldı. Mümkün sövdələşmənin dəyəri 1,1 milyard avro göstərilirdi. Belədə Yaxın Şərqin adı çəkilən ölkəsi də BƏƏ, Qətər və Səudiyyə Ərəbistanının ardından Avropadan futbol klubunu mülkiyyətinə keçirəcəkdi. “La Gazzetta dello Sport” onu da yazırdı ki, bəhreynlilər elə bu yay transferlərə 300 milyon avro ayırmaq fikrindədi. Ancaq son nəticədə “Investcorp” variantı alınmadı. “Elliott” “RedBird Capital” ilə sövdələşməyə getdi.

“RedBird Capital”ın yaradıcısı və idarəedicisi Cerri Kardinale deyir:

“Milan”ın şanlı tarixinin bir hissəsi olmaq bizim üçün böyük şərəfdi. Klubun İtaliya, Avropa və dünya futbolunun zirvəsindəki qanuni yerinə qayıtdığı məqamda növbəti fəslin yazılmasında öz rolumuzu oynamağa hazırıq”.


Bütün bu tarixçədə iki cəlbedici məqam var. Birinci məqam budu ki, “RedBird Capital” təxminən bir il əvvəl “Liverpul”un (bundan başqa, “Boston Red Soks” beysbol klubunun da) sahibi olan “Fenway Sports Group” şirkətinin səhmlərinin 10 faizini alıb. Belədə maraqların toqquşması məsələsi yaranır. Ancaq “Fenway Sports Group” şirkətinin səhmləri passiv investisiyadı. “RedBird” İngiltərə klubunun idarəçiliyində hansısa şəkildə iştirak etmir, “qırmızılar”ın Direktorlar Şurasında şirkətin heç bir təmsilçisi yoxdu. Odu ki, UEFA-nın “Milan”la “Liverpul”un Çempionlar Liqasında mübarizə aparmasıyla bağlı etiraz etmək haqqı yoxdu. Üstəlik qitə futbol qurumu zamanında bundan da mürəkkəb görünən, birmənalı sayılmayan “Leyptsiq” – “Zaltsburq” münasibətlərini araşdıraraq heç bir əsas tapmamışdı.

İkinci məqam: Avropanın daha bir klubu ABŞ-dan olan sahiblərin nəzarəti altına keçir. “Milan”la bağlı tarixçədən bir neçə gün əvvəl “Çelsi”nin ABŞ-dan olan biznesmen Tod Boelinin rəhbərlik etdiyi konsorsiuma satışı həyata keçirilib. “Liverpul” haqda yuxarıda danışdıq. “Mançester Yunayted” Qleyzerlər ailəsinin, İngiltərənin digər nəhəngi “Arsenal” Sten Krenkenin nəzarətindədi. “Kristal Pelas”la “Bernli”nin sahibləri da amerikalılardı, okeanın o tayından olanlar həmçinin “Lids” və “Aston Villa”da səhmlər paketinə malikdi.

“Milan”ın təmsil etdiyi İtaliyaya gəlincə, “Roma”, “Fiorentina”, “Atalanta” (səhmlərin 55 faizi), “Cenoa”, “Parma”, “Spetsiya” və “Venetsiya” da ABŞ-dan olan biznesmenlərinə nəzarəti altındadı. Fransada isə “Marsel” belə klubdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-06-2022, 15:0

"Milan" satıldı

Dünya futbolu

29-05-2022, 13:0

“Milan”ın satışı baş tutmadı

Dünya futbolu

28-05-2022, 12:0

"Milan" yarımmüdafiəçisi ilə vidalaşdı

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 143
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə