Kriştiano Ronaldo qeyri-adi planı həyata keçirmək niyyətindədi.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu çıxış etdiyi Səudiyyə Ərəbistanı klubunu almağa hazırlaşır.
“A Bola”nın məlumatına görə, portuqaliyalı futbolçu “Milan”ın sahibi Cerri Kardinale, həmçinin İbrahim Əl-Mühaidib, Məhəmməd Əl-Hurayci və Şərəf Əl-Hariri ilə birlikdə klubun alınması üçün Səudiyyə Ərəbistanının Dövlət Sərmayə Fonduna rəsmi təklif irəli sürəcək.
Ronaldo və “RedBird Capital Partners”in rəhbəri Kardinale sövdələşmənin əsas simaları olacaqlar. Maliyyə planına əsasən, konsorsiumun beş üzvünün hər biri “Əl-Nəssr”ə ən azı 92 milyon avro sərmayə qoymalıdı.
Yaxın günlərdə bu barədə rəsmi məlumatın açıqlanacağı gözlənilir.
Ronaldonun qeyri-adi planı
Dünya futbolu






