Jiru “Milan”ı hansı kluba dəyişəcək?

26.02.2024 16:55 194
Dünya futbolu
Olivye Jirunun “Milan”ı mövsümün sonunda tərk etmək ehtimalı qalır.

Onun hansı kluba yollana biləcəyinə hələ aydınlıq gəlməyib. Amma Fransa yığmasının hücumçusunun karyerasını ABŞ və BƏƏ-də davam etdirmək şansı var. Bu ölkələrin klublarının Olivye ilə maraqlandığını “Corriere dello Sport” xəbər verib. İtaliya qəzeti dünya çempionunun Amerikada oynamaq istədiyini də yazıb.