Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"Football-plus.az" xatırladır ki, o, martın 24-də mövsümün sonunda “Liverpul”dan ayrılacağını rəsmən bəyan edib.
“Mirror Football” nəşrinin yaydığı məlumata görə, “Əl-Nəssr” hücumçunu heyətinə qatmaqda maraqlıdı. Səudiyyə Ərəbistanı klubu Salahın hazırkı məvacibini üç dəfə artırmağa hazırdı. Bu isə misirli futbolçunun həftəlik qazancının 1,4 milyon avroya çatması deməkdi.
Planlara əsasən, təcrübəli forvard həm də Səudiyyə Pro Liqasının yeni siması olmalıdı.