"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido oyunsonrası mətbuat konfransında matç haqda fikirlərini bildirdi:
"Hər iki hissədə kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xalla kifayətlənməyə layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqib təhlükəli komandadı. Göründüyü kimi, hələ üzərimizdə işləməliyik. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq. Qarşıdan gələn milli fasilə komandamız üçün yaxşı olacaq. Ancaq yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və biz tam heyətlə hazırlaşa bilməyəcəyik. Hər halda, futbolçularımızın milli komandaya dəvət alması ilə fəxr edirəm."






