Cəlal heyətdə yer almadı, komandası uduzdu

22.08.2026 08:55 11
Dünya futbolu
Rumıniya çempionatında 6-cı turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” “Rapid”i (Buxarest) qəbul edib. Görüş müdafiəçimizin komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2.

Cəlalın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

"Petrolul" 9 xalla altıncı pillədə qərarlaşıb.