Çərşənbə axşamı “Sabah”la yanaşı, Avstriya çempionu LASK və Norveç çempionu “Bude/Qlimt” də Çempionlar Liqasında əsas mərhələyə adladı. Bu gün daha 4 cütdə mübarizəyə yekun vurulacaq:
AEK (Yunanıstan) – Levski (Bolqarıstan) – ilk oyun 0:0
Vikinq (Norveç) – Dinamo Z (Xorvatiya) – 2:2
Selye (Slovaniya) – Slovan (Slovakiya) – 1:1
Lion (Fransa) – Fənərbaxça (Türkiyə) – 1:1
Beləliklə, hazırda əsas mərhələdə oynayacaq 36 komandadan 32-nin adı məlumdu. Bir daha xatırladaq ki, əsas mərhələnin püşkü sabah Bakı vaxtı ilə 20.00-da atılacaq.
Reytinqi aşağı olduğuna görə “Sabah” 4-cü səbətdə qərarlaşacaq. Valdas Dambrauskasın komandasının bəxtinə hər səbətdən iki komanda düşəcək. “Bayquşlar” bunlardan biri ilə evdə, digəri ilə səfərdə qarşılaşacaq. 1-ci və 2-ci səbətlərin tərkibi artıq məlumdu.
1-ci səbət: Bavariya (Almaniya), Real (İspaniya), PSJ (Fransa), Liverpul (İngiltərə), İnter (İtaliya), Mançester Siti (İngiltərə), Arsenal (İngiltərə), Barselona (İspaniya), “Atletiko” (İspaniya).
2-ci səbət: Borussiya D (Almaniya), Roma (İtaliya), Sportinq (Portuqaliya), Aston Villa (İngiltərə), Portu (Portuqaliya), Mançester Yunayted (İngiltərə), Brügge (Belçika), Betis (İspaniya), PSV (Niderland).
3-cü səbət: Feyenoord (Niderland), Lill (Fransa), Bude/Qlimt (Norveç), Napoli (İtaliya), Leyptsiq (Almaniya), Vilyarreal (İspaniya), Şaxtyor (Ukrayna), Qalatasaray (Türkiyə), Lion (Fransa) və ya Fənərbaxça (Türkiyə).
4-cü səbətdə 9 komandadan 6-sı bəllidi: Slaviya (Çexiya), Ştutqart (Almaniya), LASK (Avstriya), Komo (İtaliya), Lans (Fransa), Sabah. Qalan 3 komanda bu cütlərin qalibi olacaq: AEK (Yunanıstan) və ya Levski (Bolqarıstan), Vikinq (Norveç) və ya Dinamo Z (Xorvatiya), Selye (Slovaniya) və ya Slovan (Slovakiya).
Əsas mərhələdə ilk turun oyunları sentyabrın 8-10-da keçiriləcək.
“Bavariya”, “Real”, PSJ, “Liverpul”, “İnter”, “Barsa” – “Sabah” üçün qorxunc siyahı...
Aktual / Çempionlar Liqası





