Daha öncə iki fərqli dönəmdə ''ay-ulduzlular''ı çalışdıran Günəş bu dəfə də namizədlər arasında idi. Amma federasiya fərqli seçim etdi. Bir idman litseyində şagirdlərlə görüşərək onların suallarını cavablandıran Günəş bunları deyib:
''Federasiyadan heç kim mənimlə görüşmədi. Sərgən Yalçına üstünlük verdilər. Xeyirli olsun. Hər qurumda qərarı yuxarı başda oturanlar verir və məsuliyyət də onların üzərində olur. Federasiyada gələn yay seçkilər olacaq. Uğur və ya uğursuzluq elə bir şeydi ki, onun konkret bir səbəbi olmur. Qərarın doğru və ya yanlış olduğunu zaman göstərəcək. Bu vəzifəyə kim gəlirsə gəlsin, onu dəstəkləməliyik. Yığmanın məşqçisi bu vəzifəyə uyğun davranmalıdı və hər birimiz onun uğur qazanmasını istəməliyik. Yığma ilə dünya çempionatında bürünc medalları qazanmış bir məşqçi kimi deyə bilərəm ki, bəzən səni saymırlar və ya görməzdən gəlirlər. Bu yaxınlarda sənədli filmim ekranlara çıxacaq. Hazırda onun üzərində çalışırıq. Gənclərə məsləhətim odu ki, sona qədər qarşılarına qoyduqları hədəfə getsinlər. Önümüzdə çox gözəl bir Arda Gülər örnəyi var. ''Gənclərbirliyi''ndən ''Fənərbaxça''ya, orda da ''Real''a yollandı. Bunu istəsə, hər bir gənc bacarar. Amma tək futbolu yox, həm də həyatı öyrənin''.





