Niderlandda doğulan futbolçu Türkiyəni seçdi

18.03.2023 14:23 230
Dünya futbolu
Müqavilə ilə ''Ayaks''a məxsus olan və icarə əsasında ''Trabzonspor''un şərəfini qoruyan Naci Ünüvar yığma ilə bağlı yekun qərarını verib.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı vinger Türkiyə yığmasına üstünlük verib və bu qərarını sosial şəbəkədə açıqlayıb.

Halbuki Niderlandda doğulan gənc oyunçu 2017-dən bu yana bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında forma geymişdi. Naci hətta 2019-da Niderlandın heyətində 17 yaşa qədər oyunçular arasında Avropa Çempionatının qalibi olmuş və İtaliyaya qarşı finalda (4:2) qol da vurmuşdu. İstedadlı futbolçu bu mövsüm qaradənizlilərin heyətində 11 rəsmi oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

''Trabzonspor'' onu 150 min avroya icarəyə götürüb.

Əli