"Qarabağ"ın Norveç planı bəlli oldu

4.11.2024 16:08 346
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin 4-cü turunda Norveçdə “Bude/Qlimt”lə keçirəcəkləri matç üçün səfər planı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun komandası oyuna iki gün qalmış - noyabrın 5-də çarter reysi ilə saat 17.30-da yola düşəcək.

Bir gün sonra saat 20.40-da Ağdam təmsilçisinin baş məşqçisinin iştirakı ilə mətbuat konfransı, 21.00-da isə yekun məşqi keçiriləcək.

Matç noyabrın 7-də Budadakı "Aspmyura" stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21.45-də start veriləcək.