Nəriman "Qalatasaray"a qarşı oyunda "fərqləndi"

22.08.2026 07:52 6
Dünya futbolu
Türkiyə superliqasında 2-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, açılış matçında Nəriman Axundzadənin formasını geydiyi “Ərzurumspor” “Qalatasaray”ı qəbul edib. Matç İstanbul təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Nəriman 55-ci dəqiqədə, hesab 0:3 olarkən Girano Kerkin əvəzinə meydana çıxıb. Forvard 84-cü dəqiqədə sarı vərəqə alıb.

Xalsız qalan “Ərzurumspor” 18-ci - sonuncu pillədədi.