İspaniyada Futbolda indiyədək görünməmiş hadisə yaşanacaq!
"Football-plus.az" xəbər verir ki, La Liqada hakimlər ilk dəfə oyunlardan sonra mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.
“Marca” qəzetinin xəbərinə görə, bu təcrübə artıq həftəsonu sınaqdan keçiriləcək. Ən azı iki hakimin oyunlardan sonra açıqlama verəcəyi gözlənilir. DAZN telekanalının məlumatına görə, matçda verilən ən vacib qərarlarla bağlı açıqlama verəcək hakimlərdən biri bazar günü keçiriləcək “Atletik” – “Real Sosyedad” matçının hakimi olacaq.
Qeyd edək ki, bu addım İspaniya futbolunda hakim qərarlarının daha şəffaf olması baxımından yeni təcrübə hesab olunur.
Futbolda görünməmiş hadisə ilk dəfə La Liqada yaşanacaq!
Dünya futbolu





