“Football-plus.az” xəbər verir ki, Litvada yaşayan həmkarımız Xəyal Əzizbəyli oyundan sonra maraqlı iddia ortaya atıb:
“Litvalı idman jurnalistləri ilə söhbət etdim ötən gün basketbol matçında. Dedilər ki, “Fənərbaxça” Dambrauskasa konkret təklif göndərib. Valdasın fikri İstanbuldadı, komandanı oyuna tam kökləyə bilməmişdi”.
İsmayıl Kartalın istefasından sonra baş məşqçisiz qalan Türkiyə nəhənginin Dambrauskasın xidmətində maraqlı olması təbii haldı. Amma “Vikinq”lə hədsiz vacib oyun ərəfəsində belə söhbətlərin ortaya atılması, hətta təklif olubsa belə, Dambrauskasın vətənindəki jurnalistlərdən biri ilə bunu müzakirə etməsi, xəbərin ictimaiyyətə sızması heç yaxşı hal deyil. “Sabah” və ya baş məşqçisi bu məsələyə aydınlıq gətirsə, yaxşı olar.
ORXAN





