Azərbaycan futbolunda görünməmiş hadisə

1.11.2022 21:10 797
Yığma
17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəni başa vurub.

Komanda qrup oyunlarında Ukraynaya 2:5, Bosniya və Hersoqovinaya 0:1 hesabı ilə uduzub. Son görüşdə isə Lixtenşteyni darmadağın edib - 8:0.

“Football-plus.az” saytının məlumatına görə, bu, Azərbaycanın milli komandaları tarixində rekord göstəricidi. İndiyə kimi heç bir yaş qrupu üzrə yığmamızın rəsmi oyunlarında belə nəticə qeydə alınmayıb.

ŞAİR ABDULLA