“Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın cəzası dəyişməyəcək.
"Football-plus.az" xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası London klubunun apellyasiyasını rədd edib.
16 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun “Flitvud Taun”la oyununun sonlarında qırmızı vərəqə almışdı. Matç 1:1 hesabı ilə başa çatmış, penalti seriyasında isə “Flitvud Taun” 5:3 hesabı ilə qalib gəlmişdi. London klubu hakimin qərarından apellyasiya versə də, müstəqil intizam komissiyası müraciəti təmin etməyib. Beləliklə, Douman İngiltərə premyer-liqasında “Liverpul”, “Hall Siti” və “Nyukasl”la oyunları buraxacaq.
O, bu mövsüm “Arsenal”ın əsas komandasında bütün turnirlərdə 5 matçda meydana çıxıb və 2 qol vurub.
Yeniyetmə futbolçunun cəzası qüvvədə qaldı
Dünya futbolu





