Adı açıqlanmayan hakim Böyük Britaniya polisi tərəfindən saxlanılıb.
"Football-plus.az" xəbər verir ki, o, azyaşlıya qarşı nalayiq hərəkət şübhəsi ilə saxlanılıb.
“The Sun” nəşrinin məlumatına görə, hadisə hakimin qaldığı oteldə baş verib. İddialara əsasən, referi ictimai zonada yeniyetmə ilə söhbət edib, sonra ona toxunub və otağına dəvət etməyə çalışıb. Hadisə barədə polisə yeniyetmənin özü və ya yaxınlarından biri məlumat verib. Bildirilir ki, hakim daha sonra oteli tərk edib, avrokubok oyununu idarə edib və geri qayıtdıqdan sonra UEFA nümayəndələrinin iştirakı ilə saxlanılıb. Dindirildikdən sonra isə girov qoymaqla sərbəst buraxılıb.
Xəbərdə o da qeyd olunur ki, həmin referi qarşıdakı dünya çempionatına təyin olunacaq hakimlərin siyahısına daxil idi. Artıq FİFA-dan araşdırma müddətində onun oyunlara təyinat almayacağı açıqlanıb. UEFA da vəziyyəti narahatlıqla izlədiyini bildirərək hakimi müvəqqəti olaraq matçlardan uzaqlaşdırıb.