Astanada keçirilən güləş üzrə dünya çempionatında Turan Bayramov və İslam Bazarqanov növbəti mərhələyə vəsiqə qazanıblar.
"Football-plus.az" xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov 1/16 finalda gürcüstanlı Giorgi Elbakidzeni 2:1 hesabı ilə məğlub edib.
57 kq-da çıxış edən İslam Bazarqanov isə hindistanlı Rahul Rahula tam üstünlüklə (10:0) üstələyib.
Hər iki güləşçimiz 1/8 final mərhələsinə yüksəlib.
Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
İki güləşçimiz 1/8 finalda - DÇ
İdman





