Gözlənilən cəzadan qaça bilmədi

28.04.2026 11:52 35
Dünya futbolu
Romelu Lukaku gözlənilən aqibətlə üzləşib. “Napoli” rəhbərliyi təcrübəli futbolçunu cərimələyib.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı hücumçu aylıq maaşının təxminən 20 faizi məbləğində - 150 min avro ziyana düşüb. Cəzaya səbəb Lukakunun rəhbərliyin razılığı olmadan təxminən iki həftə klubdan uzaqda qalmasıdı. O, Neapola qayıdandan sonra “Napoli”nin direktoru Covanni Manna ilə görüşüb. Sonra isə klub cərimə qərarı qəbul edib. “Napoli” oyunçunun müvəqqəti Antverpenə getməsinə icazə verib, lakin daxili qaydaları pozduğuna görə maliyyə cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, Romelu “Napoli”yə əsas hücumçu rolunu oynamaq ümidi ilə qoşulsa da, cari mövsümdə işləri heç də yaxşı getmir. Zədə səbəbindən mövsümün əvvəlini buraxan belçikalı İtaliya çempionatında yalnız 5 oyunda iştirak edib və 1 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul