''Fənərbaxça''nın yeni transferlərindən olan Romelu Lukakunun hələ ki, komandaya bir faydası yoxdu.
İstanbul nəhəngi 33 yaşlı belçikalı ulduzu bu yay ''Napoli''dən 6 milyon avroya transfer edib. Transfer dönəminin sonlarına yaxın komandanın ən məhsuldar oyunçusu Anderson Talişka ilə sürpriz şəkildə vidalaşan ''Fənər''in bu seçimi hələ ki, özünü doğrultmayıb. Komandanın son olaraq ''Qaziantep'' səfərindən qolsuz bərabərliklə dönməsinin və mühüm xallar itirməsinin ardından hücum xəttinin dişsizliyi yenidən ön plana çıxdı.
Son 3 rəsmi oyunda ''sarı-lacivərdlilər'' cəmi 2 qol vurublar və hər iki top müdafiəçilərin aktivindədi. Lukaku Antepdə Türkiyə karyerasında ilk dəfə start heyətində meydana çıxdı və oyunda qaldığı 64 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Qol hesabını aça bilməyən tanınmış futbolçu heç cür yeni klubuna uyğunlaşa bilmir.
Lukaku indiyə qədər ''Fənərbaxça''da 7 rəsmi oyunda ümumilikdə 170 dəqiqə meydanda olub. Ən diqqətçəkən fakt odu ki, bu futbolçu bu qarşılaşmalarda qapıya 6 zərbə endirib və bunların heç biri ''çərçivəyə'' düşməyib!
Bu gedişlə deyəsən Lukaku heç Sidiki Şerifin də yerini verə bilməyəcək. ''Fənər'' fanatlarının bəyənmədiyi və bu yay satılan Şerif ötən mövsümün ikinci dövrəsində 3 qol vurmuşdu.
Lukakunun 170 dəqiqə ərzində ''çərçivə''yə zərbəsi yoxdu!
Dünya futbolu






