“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə Bakıda keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdı.
"Sabah" oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniya klubu ilə qarşılaşacaq. Görüş saat 20.45-də başlayacaq.
Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.
“Sabah”ın ilk ev oyununda qarşılaşacağı “Slaviya” ilə matça da (13 oktyabr) bilet satışı davam edir.
“Sabah” - “Borussiya” matçının biletləri satışdadı
Avrokuboklar






