“Azərbaycan” - “İsveç” matçının biletləri satışda

12.08.2024 18:51 323
Yığma
Millətlər Liqasında qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.

“Football-plus.az” xəbər verir ki, qiymətlər sektorlara görə 3, 5 və 10 və manat təşkil edir. VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdı. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.