"Sabah"ın oyunun biletləri satışda

25.10.2024 11:55 261
İdman
FİBA Avropa Kubokunun müntəzəm mövsümündə “G” qrupunun 4-cü turu çərçivəsində keçiriləcək “Sabah” BK – “Spiru” (Belçika) oyunun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 2,3 və 5 manat təşkil edir.

Oktyabrın 30-u saat 19.00-da başlayacaq oyuna biletləri iticket.az-da əldə etmək mümkündü.

Qeyd edək ki, "Sabah" BK qrupdakı üç görüşü də uduzub.