Vladislav Kulaç Ermənistan klubunda

8.07.2024 11:07 300
Dünya futbolu
"Zirə"nin yolları ayırdığı Vladislav Kulaçın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ukraynalı futbolçu Ermənistanda oynayacaq. 31 yaşlı hücumçu “Pünik”ə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 2025-ci il iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Zirə" bu yay Kulaçla yolları ayırıb.