“Sumqayıt” üç futbolçusu ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla vidalaşıb. "Sumqayıt" 29 yaşlı müdafiəçi, 27 yaşlı hücumçu və 28 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilələri yeniləməyib.
Klub hər üç futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Miloviç 2024-cü ilin sentyabrından, Yansane bu ilin yanvar ayından, Muradov isə 2023-cü ilin yayından "Sumqayıt"ın formasını geyirdi.
Xatırladaq ki, "Sumqayıt" daha əvvəl baş məşqçisi Vaqif Cavadovla və futbolçu Vüqar Mustafayevlə yolları ayırıb. Adıçəkilən oyunçu karyerasını başa vurub.