"Sumqayıt" ilk transferini açıqladı

21.01.2025 20:36 338
Ölkə futbolu
"Sumqayıt" qış transfer pəncərəsi üçün ilk keçidini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" qvineyalı hücumçu Momo Yansane ilə anlaşıb. 27 yaşlı futbolçu Gürcüstanın "Torpedo" klubundan transfer olunub. O, bu mövsüm 2 oyuna çıxaraq 2 qol vurub.

Qeyd edək ki, Momo Yansane karyerası ərzində 170 oyuna çıxaraq 53 qol vurub və 21 qolun ötürməsini edib.