Makdevid yeni MHL rekordu müəyyənləşdirdi

29.10.2026 17:27 27
İdman
“Edmonton”un hücumçusu Konnor Makdevid müntəzəm çempionatın startından bəri 20 məhsuldar ötürməyə çatmaq sürətinə görə yeni MHL rekordu müəyyənləşdirdi.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı kanadalı komandasının “Minnesota”ya qalib gəldiyi (4:3 OT) oyunda üç məhsuldar ötürmə verməklə ilk 9 oyun üçün belə ötürmələrin sayını 20-yə çatdırdı. Əvvəlki rekord Ueyn Qretski (1986/87), Mario Lemye (1988/89) və Pet Lafonteynə (1992/93) məxsus udu. Adı çəkilən hokkeyçilərin hər biri 20 məhsuldar ötürmə həddinə 10-cu oyunda çatmışdı. Makdevid cari mövsümdə bombardirlər siyahısına da başçılıq edir. O, 9 oyunda 26 (6+20) xal toplayıb.

Bu arada “Ottava” baş məşqçi Trevis Qrinlə yeni müqavilə imzaladığını elan edib. 55 yaşlı mütəxəssislə anlaşma 2030/31 mövsümünün sonuna qədər nəzərdə tutulub. Qrinlə yanaşı, məşqçi korpusunun başqa nümayəndələri – Nolan Baumqartner, Ben Sekston, Mayk Yeo və Castin Piters də müqavilə müddətini uzadıb. “Senatorlar”ın mətbuat xidməti klubun baş meneceri Stiv Stayosun açıqlamasını yayıb: “İki il əvvəl baş məşqçi axtaranda Trevisdə komandamızı irəli aparmaq üçün keyfiyyətlərin olduğunu gördüm. Onun sistemi və strukturu ilə tanışlıq məşqçi bacarıqlarını inamımı gücləndirdi. Trevislə bizim ümumi baxışımız və fəsləfəmiz var. Komanda quruculuğu yolunda birgə addımladığımıza əminəm”.
Qrin 2024-cü ilin mayında “Ottava”nın “sükanı arxasına” keçib. “Senatorlar” hazırda Şərq konfransının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

20 oktyabr
Reyncers – Anahaym 5:2 (1:0, 3:0, 1:2)
Filadelfiya – Kolorado 3:2 (1:0, 1:1, 1:1)
Toronto – San-Xose 3:1 (0:1, 1:0, 2:0)
Yuta – Pittsburq 5:4 (2:1, 2:1, 1:2)

21 oktyabr
Aylenders – Anahaym 3:2 (3:1, 0:0, 0:1)
Vaşinqton – Los-Anceles 2:5 (2:2, 0:0, 0:3)
Kolambus – Toronto 2:6 (1:1, 0:4, 1:1)
Monreal – San-Xose 3:4 OT (1:1, 2:0, 0:2, 0:1)
Nyu-Cersi – Kolorado 4:3 (1:1, 1:0, 2:2)
Dallas – Boston 3:2 OT (0:1, 1:1, 1:0, 1:0)
Sent-Luis – Vinnipeq 2:1 (1:0, 0:0, 1:1)
Edmonton – Minnesota 4:3 OT (1:1, 2:0, 0:2, 1:0)
Sietl – Detroyt 4:3 B (1:0, 2:0, 0:3, 0:0)
Vankuver – Karolina 3:6 (2:2, 1:1, 0:3)
Veqas – Tampa-Bey 2:6 (2:2, 0:3, 0:1)

22 oktyabr
Baffalo – Filadelfiya 1:3 (0:2, 1:0, 0:1)
Ottava – Florida 5:1 (1:1, 2:0, 2:0)