"Football-plus.az" xəbər verir ki, “Red Bull”un pilotu Maks Ferstappen Ostin mərhələsi ərəfəsində trassın örtüyü haqda danışıb. Dördqat dünya çempionu asfalt örtüyünün hamar olmamasından narahatdı:
“Ostində qələbə uğrunda mübarizə aparacağımı iddia etmirəm. Ancaq son bir neçə həftədə işlərimiz yaxşı gedir. Yarışdan-yarışa irəliləyirəm. Ostin trassı çox fərqlidi. Ancaq gördüklərimə əsasən deyə bilərəm ki, trekdə hədsiz çox kələ-kötür var. Allahım, bəlkə də bu həftəsonundan sonra yeni kürəyə ehtiyac duyacam, ya da Robokop olmaq lazım gələcək”.
Ferstappen sona sona 6 mərhələ qalmış şəxsi hesabda 4-cü pillədə qərarlaşıb. Niderlandlı pilot liderdən – Kimi Antonellidən 119 xal geri qalır.




