“Gəncəbasar” "Qəbələ"dən futbolçu aldı

2.09.2026 11:59 58
Ölkə futbolu
“Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Antoni Hunpeni transfer edib.

19 yaşlı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Hunpe “Qəbələ”dən icarəyə götürülüb.

Xatırladaq ki, “Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçilər Samir Məhərrəmli və Nihat Fərəci, müdafiəçi Mahir Həsənovla anlaşıb.