İKFF çempion-məşqçi ilə yenidən anlaşdı

21.09.2026 17:53 27
Dünya futbolu
İspaniya Kral Futbol Federasiyası (İKFF) gözlənilən addımı atıb. Milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilə yenilənib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb. İKFF-nin prezidenti Rafael Lusan 65 yaşlı mütəxəssisin fəaliyyətindən razı qaldıqlarını bildirib: “Bizim tariximizin ən yaxşı milli komanda məşqçisi var. Nəticələr hər şeyi deyir. Onun daha bir neçə il bizimlə qalması üçün şərtlərin razılaşdırılmasını başa çatdırırıq”.

Xatırladaq ki, De la Fuente İspaniya yığmasını 2022-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının və bu il isə dünya çempionatının qalibi olub.