De la Fuente yeni təklif alacaq - AÇ-nin NİYYƏTİ

17.07.2024 11:39 330
Dünya futbolu
İspaniya Kral Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqaviləni yeniləməyi planlaşdırır.

Bu haqda xəbəri “AS” qəzeti yayıb.

63 yaşlı mütəxəssislə hazırkı müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Federasiyanın rəhbərliyi sözləşmənin müddətini 2028-ci ilə qədər uzatmağı planlaşdırır. Yayılan məlumatda komandanın AÇ-2024-ün finalındakı nəticənin buna təsir etməyəcəyi də vurğulanır.

Xatırladaq ki, De la Fuente İspaniya yığmasına 2023-cü ilin yanvarında baş məşqçi təyin olunub.Komanda onun rəhbərliyi altında bir il əvvəl Millətlər Liqasının qalibi olub.