MHL-də konfrans finalları davam edir.
“Football-plus.az” xəbər verir ki, srağagün Qərb konfransının final seriyasında 3-cü oyun keçirildi. “Edmonton” evdə “Dallas”a uduzmaqla hesabda geri düşdü. Məğlubiyyətə rəğmən, bu oyun “Edmonton“un hücumçusu Konnor Makdevid üçün əlamətdar oldu. 27 yaşlı kanadalı 1 qol və 1 məhsuldar ötürmə ilə karyerası boyunca pley-offda topladığı xal sayını 100-ə (33+67) çatdırdı. Makdevid pley-offda 100 xal həddinə 64-cü oyunda çatmaqla bu baxımdan 4-cü ən yaxşı nəticəni göstərdi. Yalnız Ueyn Qretski (46), Mario Lemye (50) və Leon Drayzaytl (60) pley-offda 100 xalı bundan da az oyunda toplayıb.
28 may
Edmonton – Dallas 3:5 (2:0, 1:3, 0:2)
Seriyada hesab – 1:2.
29 may
Florida – Reyncers 3:2 ОТ (0:1, 2:0, 0:1, 1:0)
Seriyada hesab – 2:2.