• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vinisius həbsxanaya salına bilər - doğum günü məclisindəki macəranın əvəzini ödəmək lazım gələcək

Dünya futbolu

20-10-2025, 16:0

“Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun başından heç vaxt qalmaqal əskik olmur. Əslində onu Mahir Emrelinin braziliyalı variantı saymaq mümkündü. “Futbol+” səhifələrində dəfələrlə Vininin hoqqalarından bəhs etmişik. Bu dəfə isə adı çəkilən futbolçu yayda baş verən qalmaqalın mərkəzindədi. İctimai qaydaları pozduğuna görə onu həbs cəzası və ya cərimə gözləyir. İş ondadı ki, braziliyalı ulduz doğum gününü hədsiz səs-küylü məclis keçirməklə qeyd edib.

“Marca” hüquq-mühafizə orqanlarındakı qaynaqlara istinadla xəbər verir ki, futbolçunun adı vətənindəki məhkəmə işində keçir. O, doğum gününü qeyd etmək üçün Rio-de-Janeyroda məclis qurub və bu zaman adamların rahatlığını pozan hərəkət və davranışlar olub. İşə xüsusi cinayət məhkəməsində baxılır. Həmin məhkəmə ağırlıq dərəcəsi böyük olmayan qanun pozuntularının araşdırılmasıyla məşğuldu. Məhkəməyə futbolçunun qonşuluğunda yaşayan şəxslərdən biri şikayət edib. Xatırladaq ki, Vinisius iyulun 19-21-i aralığında dostlarını başına yığaraq 25 illiyi münasibəti ilə məclis keçirib.

Braziliyanın məşhur nəşrlərindən “O Globo” xəbər verir ki, məclis böyük mərasimlər – toylar, korporativ tədbirlər – üçün nəzərdə tutulan dəbdəbəli malikanədə təşkil olunub. Məclisi yüksək səsli musiqi müşayiət edib, ətrafda yaşayanların rahatlığı pozulub. Şikayətçi iddia edir ki, hətta polis çağırmalı olub. Polis insidenti qeydə alaraq iştirakçılardan səsi azaltmağı tələb edib. Naməlum qonşunun dediyinə görə, Vini və qonaqları polislərin tələbinə əməl etsələr də, onlar gedəndən sonra yenidən səsi yetərincə yüksək səviyyəyə qaldırıblar.

Bəs doğrudanmı dünya ulduzunu həbs cəzası gözləyir? Braziliya qanunvericiliyinə görə, “başqalarını iş fəaliyyətini və sakitliyini pozmağa” görə şəxs 15 gündən 3 aya qədər həbs oluna və ya cərimələnə bilər. Vinisius isə 25 yaşını təntənəli şəkildə qeyd edərkən bütün qaydaları pozub. Tədbir konsert formasında keçirilib (hətta reper Trevis Skott da çıxış edib), atəşfəşanlıq olub, attraksionlar qurulub.

“O Globo” onu da bildirir ki, doğum günü şənliyinə 500-ə yaxın qonaq toplaşıb, onların arasında “Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa, həmçinin bir çox başqa məşhurlar, braziliyalı ulduz müğənni Anitta da olub.

Rio-de-Janeyro ştatının məhkəmə orqanlarından verilən məlumata görə, bu işlə bağlı ilkin dinləmə noyabrın 6-na təyin olunub. Çox güman, Braziliya yığmasının hücumçusu canını cərimə ilə qurtaracaq.

Vinisius “Real”ın şərəfini 2018-ci ilin yayından qoruyur, müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda 6 qol vurub. Bu payız ulduz futbolçunun həyatında meydandankənar problemlər çoxdu. Əvvəlcə model Virciniya Fonseka ondan ayrılıb, növbəti gün Madrid ətrafındakı mülkündə yanğın baş verib – binanın zirzəmisində yerləşən sauna yanıb. Xoşbəxtlikdən heç kim zərər görməyib. Futbolçu özü həmin vaxt milli komanda ilə birgə Asiya turnesindəydi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-09-2025, 14:0

Vinisius məhkəmədə qalib gəldi

Dünya futbolu

5-03-2025, 22:0

Vinisius gedəcək, yoxsa qalacaq?

Dünya futbolu

16-01-2025, 15:0

Vinisiusun aqibəti müəyyənləşdi

Dünya futbolu

7-09-2022, 13:0

Vinisius “Real”ın işini yüngülləşdirdi

Dünya futbolu

30-11-2023, 13:0

“Qızıl Samba”nı Vinisius qazandı

Dünya futbolu

1-11-2024, 16:0

“Real” istəyir, Vinisius isə tələsmir

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə