Vinisius Junior növbəti dəfə təhqir olunub.
Ona qarşı arzuolunmaz hadisə İspaniya çempionatının “Rayo Valyekano” ilə səfər oyununda (1:1) baş verib. Yerli azarkeşlərdən biri “Real”ın hücumçusu meydanın kənarına yaxın olduğu məqamda ona münasibətdə jestlər və qışqırıqlar vasitəsilə meymun obrazı formalaşdırmağa çalışıb. Bu epizod “Movistar+”un kameralarına düşüb.
İspaniya La Liqası irqçi hərəkətə əl atan fanatdan məhkməyə şikayət edəcək.