"Football-plus.az" xəbər verir ki, Çexiya təmsilçisinin futbolçusu Lukas Provod qarşıdan gələn matç haqda danışıb. 29 yaşlı müdafiəçi "bayquşlar"a qarşı görüş üçün yaxşı hazırlaşdıqlarını bildirib:
"Şənbə gününə qədər çempionat oyununa hazırlaşdıq. Ardından "Sabah"la matç üçün çalışmalara start verdik. Bakıda meydana çıxmağı dörd gözlə gözləyirəm. Uğrunda mübarizə aparacağımız ən böyük şey budu. Oyuna çox yaxşı hazırlaşmışıq. Özümüzü yenilemişik. Uzun məsafə qət etməyimizin komandaya mənfi yoxsa müsbət təsir edəcəyini bilmirəm. Ancaq bu haqda heç düşünmürük. Çempionlar Liqasında oynamaq böyük şansdı. Ötən il məhz burda olmaq üçün çox çalışmışdıq".
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20.45-də start götürəcək.
KƏNAN BAHADIR






