Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edən “Sabah” oktyabrın 13-də növbəti oyuna çıxacaq. “Bayquşlar” Bakı Olimpiya Stadionunda Praqa “Slaviya”sını qəbul edəcək.
Daha əvvəl xəbər verdiyimiz kimi, “Sabah” Bakı Olimpiya Stadionunda keçirəcəyi 4 ev oyunu üçün kombinə biletləri satışa çıxarmışdı. Bir paketi əldə edən azarkeş komandanın həmin 4 oyununun hamısını izləmək imkanı qazanıb.
Oktyabrın 1-dən isə artıq fərdi biletlər satışa çıxarılıb. Belə görünür ki, 68 min yerlik stadionda boş yer qalmayıb.
“Football-plus.az” “İticket” platformasında hazırda satışda olan biletlərin təsnifatını apararkən belə mənzərə ilə üzləşib: 300 manat - 193, 100 manat – 204, 75 manat – 281, 50 manat – 128, 15 manat – 437, 10 manat – 414.
Ümumilikdə bu oyun üçün hazırda 1657 satılmamış bilet var.
İSRAYIL XEYRULLAYEV
“Slaviya” ilə oyun üçün cəmi 1657 bilet qalır?
Avrokuboklar






