Bilindiyi kimi, “Sabah” uğurları sıralamaqda davam edir. Ötən mövsümü “qızıl dubl”la başa vuran “bayquşlar” yeni “futbol ili”ndə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb, premyer-liqada ilk iki matçda maksimum nəticə göstərib. olub.
Komanda bu ay daha dörd matçda qüvvəsini sınayacaq. Çempion 4-cü turda “Zirə”ni qəbul edəcək, ardından səfərdə “Şəfa”, evdə “İmişli” ilə qarşılaşacaq. Həmçinin Çempionlar Liqasında “Mançester Yunayted”in qonağı olacaq. Daha sonra araya milli komandaların oyunları girəcək. Başqa sözlə, elita klublarının yarışında sentyabrın 20-dən oktyabrın 9-dək fasilə yaranacaq.
“Football-plus.az”ın məlumatına görə, gələn ay “Sabah” üçün daha çətin olacaq. Ona görə ki, komandanın qarşısında sıx təqvim var. Sizi “bayquşlar”ın oktyabrda keçirəcəyi oyunların siyahısı ilə tanış edirik.
9 oktyabr
Misli premyer-liqası: Neftçi – Sabah
13 oktyabr
Çempionlar Liqası: Sabah – Slaviya (Çexiya)
16-18 oktyabr
Misli premyer-liqası: Qəbələ – Sabah
20 oktyabr
Çempionlar Liqası: Sabah – Borussiya D (Almaniya)
23-25 oktyabr
Misli premyer-liqası: Qarabağ – Sabah
30 oktyabr – 1 noyabr
Misli premyer-liqası: Turan Tovuz – Sabah
Göründüyü kimi, “bayquşlar” bir ay ərzində 6 oyun keçirəcək. Onlar 4 premyer-liqa matçının üçündə çempionluq uğrunda mübarizə aparan rəqibləri ilə qarşılaşacaq. Əlavə olaraq, Qəbələ səfəri həm ağır, həm də yorucu olacaq. Düzdü, Çempionlar Liqası matçları evdə olacaq. Lakin turnirin səviyyəsini nəzərə alsaq, burda yalnız yol yorğunluğu təhlükəsindən xilas almaq mümkündü.
Böyük ehtimalla, PFL turun proqramını tərtib edərkən komandanın avrokuboklarda uğurlu çıxışının vacibliyini prioritet sayacaq və oyunlar arasında maksimum çox məsafə saxlamağa çalışacaq. Yenə də bir ayda 6 matç keçirəcək “Sabah”a böyük güc lazım olacağına şübhə yoxdu.
KƏNAN BAHADIR
“Sabah” oktyabrda fırtınaya düşəcək - iki ÇL oyunu, “Qarabağ”, “Neftçi”...
Aktual / Avrokuboklar





