Matteo Darmian özünə yeni iş yeri tapıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya yığmasının sabiq müdafiəçisi “Bolonya”ya keçib. 36 yaşlı futbolçu ilə müddəti 2027-ci il iyunun 30-na qədər razılaşdırılan müqavilə imzalanıb.
Darmian “Milan”ın yetirməsidi. O, karyerası ərzində “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted”, “Parma” və “İnter” klublarında da çıxış edib. Matteo Müdafiəçi “Mançester Yunayted”in heyətində İngiltərə kuboku, Liqa kuboku və Avropa Liqasının qalibi olub. “İnter”də də bir sıra titullar qazanıb və Çempionlar Liqasının iki finalında iştirak edib. Darmianın İtaliya yığmasında 46 oyun keçirdiyini də bildirək.
İşsizliyə ölkəsində son qoydu
Dünya futbolu






